Böyük Bazar məscidi — Azərbaycanın Lənkəran rayonunun inzibati mərkəzində, Böyük bazar məhəlləsində yerləşən tarixi-memarlıq abidəsi.Lənkəran şəhərinin mərkəz hissəsində yerləşən Böyük Bazar məscidi XIX əsrdə inşa olunub. Tikilinin təşəbbüskarları və baniləri Böyük Bazarda tanınmış ziyalı şəxsiyyətlərdən olan Kərbəlayi Qulu, Kərbəlayi Ağaqulu, Hacı Mirağa və Böyük Bazar camaatı olub. Bu məscidin 1929-cu ilədək altı böyük təkyəsi olmuşdur. Həmin təkyələrə onu inşa edən şəxslərin adları verilib. Çox təəssüf ki, Kərbəlayi Hüseynin, general Hacı Mirabbas xan Talışinskinin, Kərimovların, Hacı Manafin və Hacı Ələsgərin təkyələri otuzuncu illərdə öz görkəmini itirib və dağıdılmışdır. Yalnız Hacıağa Əkbərovun təkyəsi bu günə kimi qorunub saxlanılıb. Məscid fəaliyyətə başlayan ilk gündən ona molla Mirəhməd axund, Şeyx Hüseyn axund, molla Ağabala axund, molla Vəli axund, Mirzə Məmmədhüseyn axund başçılıq edib. Məscidin inşasında qiymətli meşə məmulatlarından istifadə edilmişdir. Məscidin hörgü işləri bişmiş kərpicdəndir, üstü isə kirəmitlə örtülmuşdür. Məscidin içərisində əsas yeri camaatın namaz qılması üçün geniş zal tutur. Sovet hakimiyyəti dövründə Böyük Bazar məscidindən anbar, kitabxana, şəkil qalereyası kimi istifadə olunub. Ancaq bütün bunlara baxmayaraq məscid ilkin görünüşünü saxlayıb və hətta ona bəzi əlavələr də olunmuşdur.Məscid əsas və yardımçı binalardan ibarətdir. Sovet dövründə dağıdılmış minarəsi 1995-ci ildə yenidən bərpa edilmişdir. Minarənin hündürlüyü 36 metrdir. Məsciddə kanalizasiya və istilik sistemləri mövcuddur. Burada hətta ibadət edənlərin təhlükəsizliyini təmin etmək üçün təhlükəsizlik kameraları quraşdırılmışdır. Məsciddə Dövlət Komitəsindən qeydiyyatdan keçmiş dini icma fəaliyyət göstərir. Ölkə əhəmiyyətli tarixi abidə kimi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qorunur.Məscidin girəcəyində mərmər lövhədə kiril əlifbası ilə Məscidi 1864-cü ildə Hacı Mirağa Mirtağızadə Lənkəranlı tikdirmişdir yazısı vardır. Bir minarəsi var.
Şəhər: Lənkəran Yerləşir: Böyük bazar məhəlləsi Tikilmə tarixi: 1864 Kateqoriya: Məscid
Azerbaijan Travel Vlog #1 by Shahnam vlogs About): Azerbaijan, the nation and former Soviet republic, is bounded by the Caspian Sea and Caucasus Mountains, which span Asia and Europe. Its capital, Baku, is famed for its medieval walled Inner City. Within the Inner City lies the Palace of the Shirvanshahs, a royal retreat dating to the 15th century, and the centuries-old stone Maiden Tower, which dominates the city skyline.
Capital: Baku
Currency: Azerbaijani manat
Population: 9.762 million (2016) World Bank Points of interest: Maiden Tower, Old City, Gobustan National Park, MORE
Official language: Azerbaijani subscribe our channel for daily videos !!